MÜSTƏSNA OLARAQ KİŞİ BRENDİ

Satışlar yüksəldikcə və brend inkişaf etdikcə Stefano Ricci şirkəti öz çeşidlərini genişləndirərək yalnız qalstuklar deyil, həmçinin digər kişi aksesuarları, eləcə də geyim buraxmağa başladı. Hal-hazırda Stefano Ricci loqotipi ilə kişi köynəkləri, ətriyyat, geyim, çanta və bütün kişi aksesuarları spektrini əldə etmək mümkündür. Stefano Ricci müstəsna olaraq kişi brendidir!
Stefanonun sayəsində adi kişi aksesuarı kişi geyiminin ən vacib elementlərindən birinə çevrildi. Stefano Ricci qalstukları kişi kostyumunu tamamlayır, obrazı tamamlanmış və individual göstərir. Onun bütün qalstukları ən yaxşı materiallardan hazırlanırdı və indi də hazırlanmaqdadır və təkrarolunmaz əla keyfiyyətə malikdir. Dizaynerin ən çox sevdiyi material ipəkdir, zərif modellər üçün isə hətta Swarovski kristallarından da istifadə olunur. Bundan əlavə peçvork üslubunda büküşlü Stefano qalstukları məhdud miqdarda tikilir və dünyada ən bahalı qalstuklardır. Dizaynerin müştəriləri və ona pərəstiş edənlər arasında Bruney Dövlətinin Sultanı Darussalam, Nelson Mandella, Mixail Qorbaçov və başqaları kimi məşhur, və, əlbəttə ki, zəngin şəxslər var.
Stefano Ricci Classico İtalia – Gruppo İtaliano di Moda Maschile konsorsiumunun prezidenti və onun banilərindən biridir. Bu konsorsium İtaliya dəbi sahəsində lider olan 23 şirkəti birləşdirir. 1987-ci ildə təsis edilmiş Classico İtalianın məqsədi Florensiyanın kişi dəbinin mərkəzi kimi saxlanılmasıdır. Qeyd etmək lazımdır ki, əsas rəqabət daha müvəffəqiyyətli və kommersiyalaşdırılmış Milan bazarından irəli gəlirdi.
Hal-hazırda Classico İtalia məhsulları Pitti Uomo sərgi meydanının nüfuzlu hissəsini tutur.

SON XƏBƏRLƏR

STEFANO RICCI Monqolustanı kəşf edir
24.07.2024
STEFANO RICCI Monqolustanı kəşf edir
“Mən kəşfiyyatçı olmaq üçün doğulmuşam... Heç bir qərar vermədim. Başqa heç nə edə və xoşbəxt ola bilməzdim”
DAHA ƏTRAFLI
STEFANO RICCI Qalapaqos adalarını kəşf edir
08.04.2024
STEFANO RICCI Qalapaqos adalarını kəşf edir
“Luksor, İslandiya və indi Qalapaqos adaları. STEFANO RICCI Explorer təbiətin qoyduğu marşrutla getməyə davam edir.” Bunlar yaradıcı direktor Filippo Riççinin bu yeni səyahət zamanı saxladığı səyahət gündəliyindən qeydlərdir.
DAHA ƏTRAFLI