FƏLSƏFƏ

İki nəsil boyunca sahibkarlıq ruhu, işə can yandırma və strateji baxış Canalini iri və effektiv müəssisəyə çevirdi. Məhsulun çeşidləri genişləndirilərək, lisenziya ilə istehsal edilən istirahət üçün geyim kolleksiyası, aksesuarlar, sonralar isə ətir, qol düymələri və corabları əhatə etməyə başladı. Yeddi fabrikdə işləyən işçilərin sayı 1700 nəfərə çatdı. Bütün müəssisələr İtaliyada yerləşir və Soviko şəhərində yerləşən vahid inzibati mərkəz vasitəsilə birləşir. beynəlxalq ekspansiya davam edir: indi Canali öz məmulatlarını yüzdən çox ölkədə təqdim edir, 1000 ticarət nöqtəsi və 160 mağazasına malikdir və məhsulunun 75% ixrac edir. Bu yaxınlarda Canali şirkəti biznesinin əsas istiqaməti ilə harmoniya təşkil edən yeni sahələrə böyük investisiyalar qoymuşdur. O dəb və təmtəraq əşyaları üçün kompüter həlli sektorunda, eləcə də toxuculuq sahəsi və geyim tikilişi sahəsi üçün avadanlıq və proqram vasitələrinin işləyib hazırlaması və istehsalı sahəsində strateji əhəmiyyətli payları əldə etmişdir. Hal-hazırda sükan Kanali ailəsinin, əvvəlki kimi adi sxemlərdən uzaq olan istedadlı, yaradıcı kişi eleqantlığı axtarışları və traktovkası işarəsi altında işləyən üçüncü nəslinin əlinə keçmişdir. Üslub həllinin qüsursuz dərzi işi və yüksək keyfiyyəti, daima yeni naxışlar, qiymətli parça və iplik növlərinin axtarışı, yeniliklərə can atma haqqında qayğı nəsildən nəslə ötürülür.

MADE İN İTALY BİRİNCİLİYİ

Canali şirkəti üçün Made in İtaly markası sadəcə etiket deyil, mədəniyyət və tarixin, üslub və zövqün, mükəmməllik axtarışı və peşəkarlığa, yüksək keyfiyyətə, etibarlılığa hörmətin bir biri ilə çarpazlaşdığı uzun yolun nəticəsidir. Bu səbəbdən Canalinin bütün kolleksiyaları bilavasitə yeddi şəxsi müəssisədə hazırlanır. bütün fabriklər İtaliyada yerləşir və onlardan hər biri müəyyən məhsul növünün istehsalı üzrə ixtisaslaşır. beləcə istənilən məmulatın ideal şəkildə hazırlanması təmin edilir: axı o yüksək hazırlıq səviyyəsinə, tikiş ənənələri zövqünə və maksimal keyfiyyət səviyyəsinə aramsız can atmaya malik ustalar tərəfindən hazırlanır. Made in İtaly markası ilə yalnız Byella şəhərindən alınan gözəl parçalar, həmçinin daxili detallar üçün olan materiallar, astar və düymələr işarə edilir. Bəzən parçaların tərkibi xüsusi olaraq Canali üçün işlənib hazırlanır. Məsələn, əsas və naxışlar çox vaxt eksklyuzivlik şərtləri əsasında hazırlanır; bu Made in İtaly markasının əsl fərqləndirici xüsusiyyətləri olan mütləq keyfiyyət və yaradıcı yanaşma işarəsi altında daima yeni ideyalar təklif etməyə imkan verir. İşlənib hazırlanma, biçmə və tikmə həmçinin italyan ustaları tərəfindən həyata keçirilir. Ən qabaqcıl texnologiyalar ilə mürəkkəb əl işini birləşdirən dərzilik sənəti fabrik divarları arasında uzun sürən təcrübə və daimi, sürəkli təlim nəticəsində meydana gəlmişdir. Buna görə 75 ildən artıqdır ki, Canali dünyada İtaliya üslubunu öz konsepsiyasının labüd elementinə çevirən Made in İtaly markasının nümayəndəsi kimi çıxış edir: ənənələr və eksperimentlərə meyllik, yenilik və təcrübə yüksək keyfiyyətli kolleksiyalar üzərində işdə sıx əlaqədardır. Bu üslub zamana tabe deyil; o özündə italyan zövqünün kvintessensiyasını cəmləşdirir.
Canali MADE İN İTALY BİRİNCİLİYİ

DƏRZİLİK SƏNƏTİ

Müvəffəqiyyətli müəssisəyə çevrilən, lakin heç vaxt öz mənşəyini unutmayan ali sənət təzahürü. Bu Canali dərzilik sənətinin konsepsiyasıdır: geyimdə estetik mükəmməlliyə nail olmaq xətrinə yüksək keyfiyyətli parçalar, detalların işlənməsində sonsuz diqqətlilik, aramsız siluet yenilənməsi, yaradıcı yanaşma və yenilik. Hər şey daima mürəkkəbləşən avtomatik sistemlərlə təmin edilən gözəl biçmədən başlayır. Bunun ardından – məharətlə və dəqiqliklə əl ilə yerinə yetirilən tikmə əməliyyatları. Məhz bu tikiş ustalığı hər bir məmulatın üslub və eleqantlılıq üçün misilsiz komponenti olan ideal həcm və formasına zəmanət verir. Canali markası məmulatlarının tikilişinin dəqiqliyi müəyyən detallara görə o dəqiqə nəzərə çarpır, lakin onu tam dəyərləndirmək geyimi əyninizə geydikdən sonra mümkün olacaq: kostyumun dəqiq şaquli xətti, çiyinlər doldurulmuş, lakin qabarmamışdır, yumşaqlığa zəmanət verilir, bədənə oturma və rahatlıq mükəmməl səviyyədədir. Milan, London, Amsterdam, Nyu-York, Beverli Hills, Mayami, Şanxay, Qonkonq və Sidneyin firma mağazalarında Canali öz müştərilərinə ölçüsünə görə geyim sifariş etmək imkanı verir ki, onlar tam şəkildə tikiş keyfiyyətindən zövq ala bilsinlər. Bu butiklərin hər birində istənilən mövsüm üçün klassik nümunələr dəsti, və, əlbəttə ki, yeni parçaların ən yaxşı çeşidləri müştərilərin ixtiyarındadır. İxtisaslaşmış işçi heyəti sifarişçiyə öz kostyumunu fərdiləşdirməkdə və optimal üslub seçimi etməkdə yardım edəcəkdir.
Canali DƏRZİLİK SƏNƏTİ

USTALIQ

Hər bir detala qarşı diqqətli olan bacarıqlı əllər və gözlər, böyük həvəs və sədaqət, daimi təkmilləşmə və peşəkar hazırlığın zənginləşdirilməsi: Canali şirkətinin müəssisələrində işləyən hər bir insan uzun sürən stajirovkalar nəticəsində əldə edilmiş təkrarolunmaz ustalığın, daima genişlənən və təkmilləşən ustalığın qoruyucusudur. Təcrübə parçanın qayçı ilə biçilməsindən başlayaraq ən son dəqiq detalları: ikitərəfli columbia tikişi, alt yaxalıq və qol yerinin tikilişi, qol ağzında kəsilən ilgəkləri yerinə yetirməyə qədər bütün dərzi əməliyyatlarının icrası zamanı ən yaxşı ustaların əllərini istiqamətləndirir. Yalnız əl tikişi kostyuma maksimal yumşaqlıq verəcək və ideal bədənə oturmanı təmin edəcək qədər elastik ola bilər. Yalnız öyrəşmiş, təcrübəli göz fantaziya naxışlı parçaların xətləri və damaların tam simmetriyasını təmin etməyə qadirdir. Və yalnız əsl dərzinin zamanla genişlənən və nəsildən nəslə ötürülən böyük həvəsi əsl italyan ruhunun belə güclü hiss olunduğu və hər zaman sonuna qədər qiymətləndirilməmiş olaraq qalan qiymətli ustalığı qoruyub saxlamağa imkan yaradır.
Canali USTALIQ

MATERİALLAR

Bir metr parçada bir neçə min əsas sapları və təxminən həmin qədər də arğac sapları bir-biri ilə sonsuz sayda dəfələrlə qarışaraq çarpazlaşır. Bu bitməyən hekayət keçmişdən danışır və gələcəkdən bəhs edir – nəsildən nəslə ötürülən təcrübə, geyimin rahatlığının artırmağa və onu kamilliyə çatdırmağa qadir olan unikal xüsusiyyətlərin səlahiyyətli təhlili. Canali keyfiyyətin ilkin materiallardan başlandığını dəqiq bilir. Buna görə də şirkət yüksək keyfiyyətli qiymətli parça və iplik növlərinin axtarışına, ən yaxşı dünya istehsalçıları ilə əlaqələr üçün heç vaxt zamanını və resurslarını əsirgəməmişdir. Onlarla birlikdə xüsusilə qiymətli parçaların istehsalı üçün orijinal qatışıqlar və yeni naxışlar işlənib hazırlanır. Həqiqətən də, parçanın qalınlığı və quruluşu ondan tikiləcək məmulatın təyinatına müvafiq olmalıdır. Xüsusilə palto tikilişi üçün işlənib hazırlanmış parçalar mövcuddur. Bunlar, məsələn, çəkisiz, yumşaq və isti geyimlər üçün çox yüngül olan “bebi kaşemir-şinşilla” parçası, təkrarolunmaz toxunulmaqla duyulan hisslər bəxş edən “kaşemir-norka” və “kaşemir-sobol” parçalarıdır. Klassik zərif Canali üslubu bütün mövcud olanlar arasında ən qiymətli olan Super 160's və Super 200's tipli çox nazik yunun, yun-anqora-kaşqora qatışığının və çox yüngül, lakin yumşaq və isti yun və kaşemir parçaların mükəmməlliyi ilə yaranır. Bundan əlavə çox qiymətli merinos yunundan olan, eksklyuziv, son dərəcə nazik – müvafiq olaraq 12.8 və 12.4 mikron olan tayı-bərabəri olmayan Esperidi 220's və 230's markaları da vardır. Bunlar Avstraliyada istehsal olunur və məhdud məmulat partiyasının tikilişi üçün istifadə edilir: dünya üzrə cəmi 140 məmulat Esperidi 220's və 80 məmulat Esperidi 230's parçalarından hazırlanır. Canali şirkətinin yaranmasının 75-ci ildönümünü qeyd etmək üçün məhdud məmulat partiyası üçün kaşemir-vikunya-ipək tərkibli qiymətli parça hazırlanmışdır. Bu xüsusi qatışıq – kaşemir 85%, vikunya 10%, ipək 5% – eksklyuziv cizgi üzrə Canali üçün hazırlanmış sıx, lakin eyni zamanda olduqca yumşaq parçadır. Vikunya – günəş rəngli yun, inklərin müqəddəs hesab etdiyi dəvəkimilər heyvan fəsiləsindən əldə olunur. Vikunya parçaya misilsiz istiliyi təcridetmə və hava keçirici xüsusiyyətlər verir. Yeni tərkiblərin işlənib hazırlanması, natural liflərin görülməmiş kombinasiyaları, arqac strukturunun, cizgilərin və rəng qərarlarının düşünülmüş uyğunluğu sayəsində Canali hər zaman aktual olan: “Uels şəhzadəsi” damalı, relyef arqaclı, ensiz cızıqlı və həndəsi naxışlı klassik parçalara yeni həyat bəxş edir.
Canali MATERİALLAR

SON XƏBƏRLƏR

Canalı İnternasional Milan futbol klubunun Rəsmi Geyim Partnyoru oldu
18.07.2024
Canalı İnternasional Milan futbol klubunun Rəsmi Geyim Partnyoru oldu
Canali və İnternasional Milan FK, Canali İnternasional Milan FK-nun Rəsmi Geyim Tərəfdaşı olması ilə üç illik əməkdaşlığını elan etməkdən məmnundurlar. Tərəfdaşlıq, öz sahələrində görkəmli mükəmməllik və yenilik nümayiş etdirən iki Milan simvolu arasında unikal əlaqəni qeyd edir. Canali əsas komandanın futbolçularını, məşqçi Simone İndzaqi və klub rəhbərliyini geyindirəcək.
DAHA ƏTRAFLI